“Kings” markalı çayı içməyin: XƏRÇƏNG YARADIR

09:05 16.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur çay brendi olan “Kings”in bitki çayının tərkibində kanserogen maddə aşkar edildikdən sonra məhsul bütün marketlərdən və bitki həkimlərindən təcili olaraq geri çağırılır.

Hafta.az-ın yazdığına görə, zərərli birləşmələr məşhur bitki çayı brendinin dəfnə yarpağı çayında aşkarlanıb.

Alınan məlumata görə, “Kings” brendinin qurudulmuş dəfnə yarpağı çayında xərçəngə səbəb olan polisiklik aromatik karbohidrogenlər aşkar edilib. Mövzu ilə bağlı şirkət tərəfindən edilən açıqlamada, 50 qramlıq və 1 kq-lıq qablaşdırılan son istifadə tarixi 2026-cı ilin may ayında olan məhsulların söhbət mövzusu vəziyyətdən təsirləndiyi açıqlanıb və müştərilərə məhsulları istehlak etməmələri barədə xəbərdarlıq edilib.

Polisiklik aromatik karbohidrogenlər (PAH) kanserogen təsirlərə görə immun sistem pozğunluqlarına, mədə, mədəaltı vəzi, ağciyər, kolon və dəri xərçənginə səbəb olur.